Çeferin yenidən UEFA prezidenti seçildi
05.04.2023 , 18:40

Aleksandr Çeferin yenidən dörd il müddətinə UEFA prezidenti seçilib.
Korner.az xəbər verir ki, o, UEFA-nın Lissabonda təşkil olunmuş 47-ci Konqresində keçirilən qurumun rəhbəri postuna seçkilərdə yeganə namizəd kimi qalib gəlib.
UEFA prezidenti dörd illik müddətə seçilir. 55 yaşlı Ceferin 2016-cı ilin sentyabrında təşkilatın rəhbəri vəzifəsinə keçib.
