Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçiriləcək və milli komandamızın da iştirak edəcəyi Avropa çempionatının ölkəmiz üzrə yayım hüququnu CBC Sport əldə edib.
Televiziya kanalı yalnız yığmamızın iştirakı ilə keçiriləcək oyunları deyil, çempionatın bütün qarşılaşmalarını yayımlamaq hüququna sahib çıxıb. Buna görə də, telekanal rəhbərliyi AÇ-nin bütün oyunlarını ekrana gətirməyi düşünür.
