Türkiyə PTT 1-ci liqasında 24-cü turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası – “Elazığspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Samsunspor”la qarşılaşıb. Matç başladığı kimi başa çatıb – 0:0. Bir müddət öncə komandanın məşqlərindən kənarlaşdırılan Cavidin adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
