Topaz Premyer Liqasının XXV turunda “Sumqayıt” “Səbail”i qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunnlaşıb.
Oyundan sonra “Sumqayıt”ın futbolçusu Cavid Tağıyev jurnalistlərin suallarını cavablandırıb.
– Oyun haqda fikirlərini öyrənmək istərdik.
– Bu oyun bizim üçün çox vacib idi. Oyun maraqlı keçdi, qol epizodları da yaratdıq. Amma bəxt “Səbail”in üzünə güldü. Lakin bu hələ son deyil. Qarşıdakı oyunlara baxacağıq. Bu oyunu unutmaq lazımdır.
– Qarşıdakı Gəncə səfəri asan olmayacaq. Bu haqda nə deyə bilərsən?
– Gəncə səfəri hər komanda üçün çətin olur. Biz də bunu anlayırıq. lakin biz avroliqaya getmək istəyiriksə, hər oyuna ciddi hazırlaşmalıyıq.
– Bir neçə qol epizodu oldu, hansı ki heç birindən yararlana bilmədiniz…
– Bunun səbəbi məsuliyyətsizliyimiz deyildi. Sadəcə şansımız üzümüzə gülmədi. Futbol belədir: Vurmayana vurarlar…
– Dünənki oyunlar sizdə arxayınlıq yaratmışdı sanki…
– Xeyr, deməzdim. Biz ciddi hazırlaşmışdıq. Rəqiblərin xal itirməyinə sevinmişdik. Lakin yararlana bilmədik bu vəziyyətdən.
– Haklmin qərarları barədə nə deyə bilərsən?
– Hakimin ciddi bir səhvi olmadı. Sadəcə vaxt itkisini düzgün kompensasiya edə bilmədi.
– Avroliqa şansınız davam edirmi?
– Hər şey bizim özümüzdən asılıdr. Digər komandalara baxdıqda, biz daha şanslıyıq. Bundan yararlanmaq lazımdır. Nyiə də yox?!
