Türkiyə PTT I Liqasında 10-cu turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Cavid İmamverdiyevin forma geyindiyi "Elazığspor" doğma meydanda "Altınordu"nu qəbul edib.
Matç "Elazığspor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. İmamverdiyev oyuna start heyətində başlayıb və 83-cü dəqiqədə hesab 2:0 olarkən əvəzlənib.
Qeyd edək ki, "Elazığspor" 10 turdan sonra 15 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
