Türkiyə birinci liqasında beşinci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi “Qaziantep BB” öz meydanında Cavid İmamverdiyevin formasını geyindiyi “Elazığspor”la qarşılaşıb.
Ufuk Budak və Cavid İmamverdiyev meydana start heyətində çıxıb. Budak 45, İmamverdiyev 80 dəqiqə meydanda olub. Vaqif Cavadov və Rəhman Hacıyev sonradan oyuna qoşulub.
Matç 2:2 hesabı ilə başa çatıb. “Elazığspor”un ilk qoluna 38-ci dəqiqədə Cavid İmamverdiyev imza atıb. Bu, həmyerlimizin Elazığ klubundakı ikinci qoludur.
