Sabah Azərbaycan millisi yeni futbolçuları və yeni baş məşqçisi ilə ilk yoxlama oyununu keçirəcək
Moldova yığması ilə oyundan öncə yığmanın futbolçusu Cavid İmamverdiyev jurnalistlərin suallarını cavablandırıb:
-Hazırlıq oyunları barədə fikirlərini öyrənmək istərdik.
-Milli komandaya yenidən dəvət almaq mənim üçün çox sevindirici haldır. Rəhbərliyə və baş məşqçiyə təşəkkür edirəm etimadları üçün. Mən də əlimdən gələni edirəm ki, komandama kömək olum. Sabahkı oyunla bağlı isə onu deyə bilərəm ki, bütün gücümüzlə hazırlaşırıq. Digər suallar isə baş məşqçiyə ünvanlanmalıdı.
-Sən özünü hazır hiss edirsənmi?
-Əlbəttə, şans verilsə əlimdən gələn hər şeyi edəcəm.
-Dəvəti gözləyirdinmi?
-Düşünürəm ki, klubda oynayan hər futbolçu hər an bu dəvətə hazır olmalıdı. 100 faiz deyə bilməsəm də, yenə də dəvət alacağıma inanırdım.
-Rəqibi analiz etmə imkanınız olubmu?
-Bəli olub.
-Millətlər liqası ilə bağlı nə deyə bilərsən? Azərbaycan millisi qrupun favoriti sayılır. Sən necə düşünürsən?
-Biz irəli gedə bilmək üçün gərəy özümüzü zəif hesab edək ki, daha çox çalışaq. Hər şey öz əlimizdədir.
