Türkiyə PTT 1-ci Liqasında 6-cı turun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, Cavid İmamverdiyevin forma geyindiyi “Elazığspor” öz meydanında Branimir Subaşiçin forma geyindiyi “Manisaspor”u qəbul edib.
“Elazığspor” Birol Hikmet və Franko Cangelenin qolları sayəsində 2:0 hesablı qələbə qazanıb.
Hər iki futbolçumuz meydana start heyətində çıxıb. Cavid 60-cı dəqiqədə Atilla Yıldırımla əvəzlənib. Subaşiç isə 90 dəqiqə meydanda olub.
