İstefası qəbul olunmayan “Elazığspor”un baş məşqçisi Ümit Özat gözlənilməz qərarlar qəbul edib.
Korner.az Qol.Az-a istinadən xəbər verir ki, baş məşqçisi üç futbolçunu əsas komandadan uzaqlaşdırılıb.
“Elazığspor”da çıхış edən millimizin üzvü Cavid İmamverdiyev, həmçinin Franko Kangele və Fabio Bilika baş məşqçinin qəzəbinə tuş gəlib.
Ümit Özat canlı yayıma qatıldığı “Kanal Fırat”da son dövrlər özlərini yaxşı tərəfdən göstərə bilməyən hər üç futbolçuya bir daha oynamaq şansı verməyəcəyini bildirib.
Qeyd edək ki, C.İmamverdiyev ötən ilin sentyabr ayında “Elazığspor”a transfer olunub. 24 yaşlı futbolçu keçirdiyi 19 oyunda 2 qol vurub.
