Milli komandamızın futbolçusu Cavid İmamverdiyev Ukraynanın “Dinamo” (Kiyev) klubunun ikinci komandasında debüt edib.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar"ın yetirməsi Makarovun xatirəsinə həsr olunmuş turnirdə “Dinamo”nun gənclərdən ibarət komandasına qarşı oyunun iştirakçısı olub.
Məşqçilər korpusu onu bu görüşün ikinci hissəsində meydana buraxıblar. Qarşılaşma isə 2:2 hesabıyla başa çatıb. Həmin oyundan hazırlanmış görüntülər təqdim edirik.