Millimizin oyunuçusu Cavid Hüseynov Türkiyə çempionatında ilk oyununa çıxıb. Korner.az– ın məlumatına görə, PTT 1-ci Liqanın ilk turunda təmsilçimizin çıxış etdiyi komanda "Adana Dəmirspor" "Boluspor"la qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb. Cavid bu oyunda əsas heyətdə yer alib və oyunun bitməsinə 5 dəqiqə qalmış əvəzlənib. Təmsilçimiz ilk oyunundan sonra Türkiyə mətbuatı tərəfindən "5" qiymətinə layıq görülüb.
