"Neftçi"dən ayrılan və adı "Xəzər Lənkəran"la hallanan Cavid Hüseynov özünə klub tapıb. Korner.az-ın məlumatına görə, sabiq "Neftçi"li karyerasını Türkiyədə davam etdirəcək.
Futbolçumuz Bank Asiya liqasında çıxış edən “Adana Dəmirspor”la anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Cavid Hüsyenov və Burak Akyıldızla 2 illik müqavilə imzalanıb.
