big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Cavid Hüseynovun da ittiham olunduğu cinayət işi ilə bağlı yeni xəbər

22.12.2015 , 10:34

Mərhum jurnalist Rasim Əliyevin ölüm faktını araşdıran istintaq qrupu həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı vəkil Əsabəli Mustafayevin qaldırdığı vəsatəti təmin etməyib.

Korner.az-ın ann.az-a istinadən məlumatına görə, jurnalistin ölüm faktı üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə qaldırılan cinayət işinin istintaqı bitib, hazırda tərəflərin iş materialları ilə tanış olma prosesi gedir. 

Mərhum Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. 
 
Vəkil Əsabəli Mustafayev ann.az-a açıqlamasında mərhum jurnalist Rasim Əliyevi müayinə və müalicə edən həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı vəsatətin təmin edilməməsinin qanuna zidd olduğunu deyib: “Həmin vəsatətdə iddialarımızın nəyə istinad olunduğunu, hansı şərtlər əsasında qaldırıldığını göstərmişik. Buna baxmayaraq, istintaq əsassız olaraq, o vəsatəti təmin etməyib. Halbuki, iş materiallarından da mərhum jurnalistin ölümündə həkimlərin səhlənkarlığının olduğu görünür. Tibb mütəxəssisləri xəstəliyin dinamikasını nəzarətdə saxlamayıblar. İstintaq bu dinamikaya kimin nəzarət eləməsini, kimin buna dair göstəriş verməsini müəyyən etməyib. İstintaq tomoqrafiya müayinəsini kim keçirməli idi, hansı səbəbə keçirilməyib və s. məsələləri araşdırmayıb. Bu və ya digər suallar qaldırdığımız vəsatətdə göstərilmişdi”.

Vəkil vurğulayıb ki, əslində istintaq sual olaraq vəsatətdə qaldırdığı məsələləri araşdırmalı idi: “Ancaq çox təəssüflər olsun ki, iş materialları ilə tanış olduqca biz bunlara rast gəlmirik. Hələ üstəlik, istintaq tələm-tələsik bizim həkimlərin cəzalandırılması ilə bağlı vəsatətimizi də rədd etdi”. 

Ə.Mustafayev yuxarıda qeyd olunan sualları vəsatət formasında məhkəmədə yenidən qaldıracağını deyib: “Hazırkı prosesdə bundan artıq heç nə etmək mümkün deyil. Bunu ancaq gələcəkdə məhkəmə zamanı yenidən qaldırmaq olar. İstintaq bitmiş elan olunduğuna görə, nə zərərçəkən tərəf, nə də təqsirləndirilən şəxslər heç nə edə bilməz. İndi ittiham aktı hazırlanır və prokuror onu təsdiq etdikdən sonra iş materialları məhkəməyə göndəriləcək”.

Qeyd edək ki, “Qəbələ”ni və milli komandamızın yarımmüdafiəçisi Cavid Hüseynov sözügedən cinayət işində Cinayət Məcəlləsinin 307.1, 307.2 – cinayəti bilib gizlətmə maddəsilə ittiham olunur.

Son yazılar

To Top