“Qəbələ” İdman Klubu futbolçu Cavid Hüseynovla müqavilə imzalayıb. Anlaşmanın müddəti mövsümün sonuna kimidir.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, sabahdan etibarən futbolçu məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacaq.
Futbolçunun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına müraciət olunub.
