Türkiyə çempiontında l divizionunda 2-ci turun oyunları keçirilib. Korner.az- ın məlumatına görə, millimizin üzvləri Cavid Hüseynov ve Cihan Özkaranın çıxış etdiyi klublar növbəti oyunların keçiriliblər. “Adana Rizəspor” öz meydanında “Çaykur Rizespor”u qəbul edib. 2:2 hesabı ilə başa çatan görüşdə, Cavid 90 dəqiqə meydanda mübarizə aparıb.Təmsilçimiz Türkiyə mətbuatı tərəfindən 6 xalla qiymətləndirilib.
Cihanın komandası “Ərciyəspor” isə səfərdə “Bucaspor”u 1:0 hesabı ilə məğlub edib. Bu görüşdə Cihan debüt edib. İlk yarıda meydanda olan futbolçu 4 xalla qiymətləndirilib.
Cəza ucbatından Rail Məlikova lisenziya ala bilməyən “Dənizlispor” isə bu gün turun son matçında “Qaziantep Böyükşəhər Bələdiyyəspor”un qonağı olacaq.
Qeyd edək ki, 2 turdan sonra 6 xala malik “Ərciyəsspor” 2-ci, 2 xalı olan “Adana Dəmirspor” 12-ci pillədə qərarlaşıb. 14-cü olan “Dənizlispor”un xalı olmasa da, ehtiyatda 1 matçı var.
