Milli komandamızın futbolçusu Cavid Hüseynovun şərəfini qoruduğu “Adana Demirspor” klubu ötən gün Türkiyə Bank Asya Liqasında növbəti qələbəsini qazanıb.
Korner.az-ın məlumatına görə, XIV tur çərçivəsində doğma azarkeşləri önündə “Kartalspor” klubu ilə qarşılaşan Adana təmsilçisi 3 xalı iki qolla qazanıb.
Əsas heyətə düşməkdə çətinlik çəkən Cavid yalnız matçın 84-cü dəqiqəsində meydana çıxıb və komandasının qələbəsində iştirak edib.
Qeyd edək ki, “Adana Demirspor” 14 turdan sonra 23 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
