Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Korner.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynov son sözlə çıxış edib.
O, bəraət hökmünün çıxarılmasını istəyib. Proses mayın 31-də davam etdiriləcək.
Xatırladaq ki, ötən prosesdə prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
