Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid Hüseynovun şərəfini qoruduğu “Adana Dəmirspor” ötən gün Türkiyə PTT I Liqasında növbəti oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, səfərdə “Tavşanlı Linyitspor”un qonağı olan Adana təmsilçisi minimal hesabla rəqibinə məğlub olub. Meydana 77-ci dəqiqədə çıxan Hüseynov komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Autsaderlə bacarmayan “Adana Dəmirspor” 18 xalla 6-cı yerdə qərarlaşıb.
