Jurnalist Rasim Əliyevin ölümü çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynov barəsində olan hökmdən verilən kassasiya şikayətini geri götürüb.
Korner.az-ın Lent.az-a istinadən yaydığı xəbərə görə, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.
O bildirib ki, apellyasiya məhkəməsinin ilkin qərarından sonra verilən şikayəti geri götürüblər: “Cavidlə məsləhətləşdik. Belə qənaətə gəldik ki, şikayətimizi götürək”.
A. Məmmədov bildirib ki, işə Bakı Apellyasiya Məhkəməsində, hakim Əhməd Həsənovun sədrliyi ilə oktyabrın 12-də baxılacaq.
