Cavid Çələbiyev 1/8 finalda
16.03.2020 , 17:56

Londonda boks üzrə Avropa olimpiya təsnifat turnirində daha iki idmançımız mübarizəyə qoşulub.
Korner.az xəbər verir ki, Cavid Çələbiyev (63 kq) 1/16 finalda bolqarıstanlı Kiril Rusinova qalib gəlib. Cavid martın 17-si 1/8 finalda irlandiyalı George Batesi ilə qarşılaşacaq.
Rauf Rəhimov (91 kq) ilk qarşılaşmada türkiyəli Mücahit İlyasa uduzub.
