Millimizin DÇ-2018-in seçmə mərhələsində Çexiyaya 1:2 hesabı ilə uduzduğu oyunda “Qəbələ”nin 2 futbolçusu iştirak edib.
Hüseynov və R. Qurbanov start heyətində meydana çıxıb. Onların hər ikisi matçın gedişində əvəzlənib. Hüseynov 79, Qurbanov 62 dəqiqə meydanda olub. Ruslan komandamızın vurduğu qolda penalti qazanmaqla pay sahibi olub.
Bu matç Hüseynovun yığmada 52-ci, Qurbanovun 18-ci oyunudur.
