Türkiyə PTT 1-ci liqasında 22-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, millimizin hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Boluspor” da növbəti matçına çıxıb.
Cavadovun komandası doğma meydanda “Bucaspor”la qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Yığmamızın üzvü matçın 86-cı dəqiqəsində meydana çıxıb.
