Türkiyə PTT 1-ci Liqasında 30-cu turun oyunları keçirilir.
Korner.az-ın məumatına görə, milli komandamızın üzvü Vaqif Cavadovun şərəfini qoruduğu “Boluspor” da növbəti oyununa çıxıb.
Bolu təmsilçisi səfərdə “Antalyaspor”la üz-üzə gəlib. Oyunda futbolçumuz 88-ci dəqiqədə meydana çıxıb. Görüş isə 1:1 hesablı bərabərliklə başa çatıb.
