Millimizin hücumçusu Vaqif Cavadov futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Cavadov Türkiyə birinci divizion təmsilçisi "Qaziantep Büyükşehir Belediyespor"la iki illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri İbrahim Açıkgöz jurnalistlərə açıqlamasında deyib:
"Heyətimizə Vaqif Cavadov kimi önəmli futbolçu cəlb etdik. Onun komandaya fayda verəcəyinə inanırıq".
