“Çatışmayan cəhətlərimiz var” – Zaur Həşimov
21.01.2020 , 20:39

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Serbiyanın “Napredak” klubuna qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, o, qələbəni belə şərh edib:
“Qış təlim-məşq toplanışının son oyunu idi. Uşaqlar verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışırdı. Çatışmayan cəhətlərimiz də var. Oyuna baxdıqdan sonra qarşıdakı günlərdə səhvləri aradan qaldırmağa çalışacağıq”.
