CAS Nurlan İbrahimovun UEFA-dan şikayətinə baxılması üçün gün təyin edib
28.08.2021 , 22:42
Korner.az Report.az-a istinadən xəbər verir ki, dinləmələr 8 oktyabra təyin edilib.
Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.