“FİFA reytinqinin hesablama sistemi tam obyektiv deyil. Biz bu məsələnin üzərində işləyirik”
Bu fikirlər FİFA-nın prezidenti Canni İnfantinoya aiddir.
Bu gün DÇ-2018-in final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Bu ərəfədə müsahibə verən qurum başçısı əksər hallarda narazılıq yaradan FİFA reytinqinin hesablama sistemində dəyişikliklər ediləcəyini açıqlayıb: “Yeni reytinq sistemi piramida şəklində olacaq. Müxtəlif ölkələrin, fərqli qitələrin komandalarını müqayisə etmək çətindi. Onlar demək olar ki, bir-biri ilə heç qarşılaşmır. Təzadlar da yaranır. Bunu başa düşürük və üzərində çalışırıq”.
Qeyd edək ki, Azərbaycan yığması hazırkı reytinq siyahısında 281 xalla dünyanın 117-ci komandasıdı.
