Canni İnfantino Livan vətəndaşlığı aldı
26.11.2025 , 21:30
FİFA prezidenti Canni İnfantino Livan vətəndaşlığını rəsmi olaraq əldə edib.
Korner.az xəbər verir ki, İnfantino bu barədə sosial media hesabında məlumat paylaşıb.
O, Livanın prezidenti Jozef Aunla Beyrutda görüşərək vətəndaşlığı aldığını bildirib.
İnfantino paylaşımında Livan vətəndaşı olmasından qürur duyduğunu vurğulayıb. Funksionerin artıq İsveçrə və İtaliya vətəndaşlığı da mövcuddur, həyat yoldaşı Line Al-Aşkar isə Livanda doğulub.