Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq
04.10.2022 , 11:34

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçilərindən olan Fabio Qallonun yeni iş yeri müəyyənləşib.
Korner.az “Tuttocalciopuglia” nəşrinə istinadən məlumatına görə, 52 yaşlı mütəxəssis İtaliyanın C Seriyasında çıxış edən “Foca”nın baş məşqçisi olacaq.
Qallo mövsümün sonunadək komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi bu gün yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.
