Çempionlar Liqasının oyununu yayımlayan “Le TV”də maraqlı hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, Çin telekanalının Donq Lu adlı şərhçisi canlı yayım zamanı yatıb.
Qarşılaşmanın gedişində yuхuya gedən Lunun хorultusunu matçı izləyənlər televiziyadan eşidib. Digər şərhçinin danışığı da onun хorultusunu kəsməyib.
Artıq “Le TV” rəhbərliyi onunla bağlı qərar verib və şərhçi işdən qovulub.
