Dünya futbolunun canlı əfsanələri Zinəddin Zidan və "yekediş" ləqəbli Ronaldo yenidən üz-üzə gələcək.
Korner.az-ın məlumatına görə, veteran futbolçuların dostlarından qurulmuş komandalar Braziliyanın Portu-Aleqri şəhərində qarşılaşacaq.
Sözügedən oyun xeyriyyə məqsədi ilə təşkil olunur.
Qeyd edək ki, Ronaldo və Zidanın dostları arasında oyun artıq 10 ildir keçirilir.