"Mura" ilə qarşılaşacaq olan "Bakı"nın futbolçusu Denis İvanovs fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, latviyalı legioner cavab matçında yaxşı nəticə qazanmağa çalışacaqlarını deyib:
“Bakıda pis oynamadıq. Amma rəqib müdafiədə inamlı çıxış etdi və onlar əks hücumlara bel bağlamışdılar. Komandamız oyuna yaxşı köklənib. Çalışacağıq ki, yaxşı nəticə qazanaq".
