Cakomo “Arsenal”a keçir?
02.05.2020 , 19:50

“Milan”ın futbolçusu Cakomo Bonaventura karyerasını Premyer Liqada davam etdirə bilər.
Korner.az xəbər verir ki, 30 yaşlı italiyalının xidmətində “Arsenal” maraqlıdı. Yayda azad agent statusu daşıyacaq yarımmüdafiəçini “Latsio”, “Fiorentina” və “Torino” da heyətinə cəlb etmək istəyir.
Bonaventura cari mövsüm iştirak etdiyi 19 oyunda 3 qol vurub.
