“Xəzər Lənkəran” Premyer Liqamızın III turunda səfərdə “Simurq”un qonağı olacaq.
Korner.az-ın məlumatına görə, komandanın yeni transferi Cahangir Həsənzadə də yeni klubu ilə Zaqatalaya yollanıb. Cənub klubunu çalışdıran Oğuz Çetinin şans verəcəyi təqdirdə təcrübəli qolkiper Lənkəran təmsilçisində debüt edəcək.
Qeyd edək ki, “Simurq” – “Xəzər Lənkəran” dueli sabah saat 19:00-da start götürəcək.
