Çağlar Türkiyəyə qayıtdı
26.01.2024 , 12:26
“Atletiko Madrid”in futbolçusu Çağlar Söyüncü karyerasına İstanbul klubunda davam edəcək.
Korner.az xəbər verir ki, 27 yaşlı futbolçu “Fənərbağça”ya keçir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, tərəflər arasında razılığın əldə olunduğu bildirilir.
Söyüncünün tibbi müayinə və müqavilə üçün bu gün Türkiyədə olacağı gözlənilir.