Çağlar Söyüncü Madrid klubu ilə razılaşdı
27.04.2023 , 18:57

“Lester”in futbolçusu Çağlar Söyüncü klubunu dəyişir.
Korner.az xəbər verir ki, iyun ayında müqaviləsi başa çatacaq Çağlar Söyüncünün yeni komandası məlum olub.
Jurnalist Fabrizio Romanonun yaydığı məlumata görə, Türkiyə millisinin üzvü “Atletiko”ya keçir.
Futbolçunun artıq Madrid təmsilçisi ilə anlaşdığı və klubla 2027-ci ilin iyun ayına qədər müqavilə imzaladığı bildirilir.
