Çağlar “Atletiko”dan gedir?
18.01.2024 , 19:01

“Atletiko Madrid”in futbolçusu Çağlar Söyüncü klubundan ayrılır.
Korner.az xəbər verir ki, o, karyerasını Portuqaliya Primeyrasında davam etdirə bilər.
Türkiyəli müdafiəçi ilə “Portu” yaxından maraqlanır.
Söyüncünün La Liqa klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
