Çağırış Kuboku: “Azərreyl” mübarizəyə başlayır
29.11.2022 , 11:23
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış Kubokunda mübarizəyə start verəcək.
Korner.az xəbər verir ki, komanda 1/32 finalın ilk oyununda Slovakiya təmsilçisi “Slaviya” ilə qarşılaşacaq.
Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma saat 18:00-da start götürəcək.
Cavab görüşü noyabrın 30-da keçiriləcək.