Afrika Futbol Federasiyası (CAF) 2017-ci ildə keçiriləcək Afrika Millətlər Kubokuna ev sahiblik edəcək ölkənin adını açıqlayıb.
Korner.az-ın məlumatına görə, qara qitənin ən nüfuzlu futbol turnirinə 4 ildən sonra başçılıq edəcək ölkə Liviyadı.
Qeyd edək ki, bu il (2013) Afrika Millətlər Kuboku Liviyada keçirilməli idi. Lakin ölkə daxilində baş verən müharibə buna imkan verməyib. Daha sonra Afrika Futbol Federasiyası (CAF) turnirin CAR-da keçirilməsinə qərar verib.