big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Cəzalandırılan hakim: “Kiməsə yalvarmaq fikrim yoxdu”

02.02.2016 , 09:43

Azərbaycanlı FİFA referisi Orxan Məmmədov cəzalandırılıb.

Korner.az-ın məlumatına görə, AFFA Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov məlumat verib.

Orxan Məmmədovun ölkə çempionatının XIX turunda təyinat almamağı məhz bununla əlaqədardı.

31 yaşlı hakimin cəzalandırılmasına səbəb isə qış fasiləsindən öncəki turlarda qeyri-qənaətbəxş idarəçilik etməsidi. Xüsusən, Topaz Premyer Liqasının XVIII turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Rəvan” (3:3) görüşündə buraxdığı nöqsanlar Məmmədovun HK tərəfindən cəzalandırılması ilə nəticələnib.

FİFA dərəcəli hakim Orxan Məmmədovun apasport.az saytına müsahibəsi

– AFFA Hakimlər Komitəsi sizi qeyri-müəyyən müddətə cəzalandırıb. Bundan xəbəriniz var?

– Cəzalanmışam? Səbəb nədi?

– Qış fasiləsindən öncəki son turlarda idarəçiliyiniz ürəkaçan olmayıb. XVIII turda keçirilən “Sumqayıt” – “Rəvan” (3:3) matçı bu mənada xüsusi vurğulanır…

– Onu deyəndən soruşmaq lazımdı ki, “Sumqayıt” – “Rəvan” görüşündə nə olub ki, cəzalandırılmalıyam?

– Sizin bu cəzadan xəbəriniz yoxdu?

– Heç nədən xəbərim yoxdu. Bunun üçün rəsmi məlumat olmalıdı. Hakimlər Komitəsindən də mənə heç nə deyilməyib. Şəxsən mən bilmirəm. Oyun almayan bir hakim kimi oturub gözləyirəm ki, təyinat olar, çıxıb idarəçilik edərəm. Cəza elə şeydi ki, bizim ondan hər dəfə xəbərimiz olmur.

– Cəzalandırılanda sizə xəbər verilmir?

– Komitə sədri deyəndə ki, filan hadisəyə görə, 5 turluq cəzalısan, onda xəbərimiz olur. Amma indiki məqamda mənə heç nə deyilməyib. Axı “Sumqayıt” – “Rəvan” oyununda nə baş verib? Həmin matçda iki künc zərbəsi göstərmişəm, hamı deyir ki, ikinci korneri verməməli idim. Əsas vaxta 3 dəqiqə artırmışdım. Həmin anda “Rəvan” əvəzetmə etdi, futbolçu ağır hərəkətlərlə meydandan çıxdı. Əvəzetməyə görə axı daha 30 saniyə əlavə etməlisən. Son saniyələrdə “Sumqayıt” künc zərbəsi qazandı. Ötürmə ilə başlasaydılar, oyunu bitirəcəkdim. Amma qapı qarşısına ötürmə verildi, qapıçı topu çıxardı. Belədə ikinci kornerin də yerinə yetirilməsini gözləmək lazım gəldi. Axı hücum qurtarmamışdı. Hansı qaydada göstərilib ki, ikinci korneri verməməlisən?

– Qış fasiləsindən sonrakı ilk turda təyinat almadınız. Səbəbini bilmirsiniz?

– 12 hakim var. Hamı bir turda təyinat almalı deyil ki.

– Hər halda, FİFA hakimisiniz, siz daha çox oyun idarə etməlisiniz…

– FİFA hakimi olmaq o demək deyil ki, gəlib yuxarı başda otursun, “xod” getsin. Rusiyalı Sergey Karasyov 5 turluq cəzalandırılmışdı. Amma Avropa çempionatının final mərhələsinə təyinat alanlar sırasındadı. Bu, təbii haldi. Mən 2 tur istirahət edib, 3-cü tura təyinat ala bilərəm. Şəxsən mən cəzalanıb-cəzalanmamağımdan məlumatsızam.

– Çempionatda kənarda qalmaq fiziki cəhətdən sizə təsiri olmayacaq?

– Az təyinat alanda, oturub fikirləşmək lazımdı ki, harda səhv etmişəm? Başqasının səhvinə görə cəzalanmırsan ki… Deməli, mən düz eləməmişəm ki, təyinat almıram. Bəli, əvvəlki oyunlarımda səhvlərim olub, bunu danmıram. Ola bilər ki, buna görə, məni “istirahətə” göndərirlər. Nə məsləhət görülsə, ona da uymaq lazımdı.

– Heç kim heç nə deməsə, maraqlanmayacaqsınız ki, niyə cəzalandırılmısınız?

– Şəxsən mən elə insanam ki, maraqlanmayacam. Elə bir xasiyyətim var ki, oyuna görə kiməsə yalvarmaq fikrim yoxdu. Nə vaxta qədər təyinat almasam, deməli, belə məsləhətdi. Durub deyə bilmərəm ki, niyə oyuna təyin olunmuram.

– Hakimlikdən uzaqlaşdırılan digər referilərin taleyini yaşamaqdan narahat deyilsiniz?

– Uzaqlaşmaq üçün gərək bir səbəb olsun. Rüşvət almıram, heç bir komandaya rəğbətim yoxdu. Hakimlikdən kənarlaşdırılan bəziləri kimi, səsimi başıma atan, aləmi dağıdan deyiləm. Bunu böyük faciəyə çevirmərəm. Uzaqlaşdırılsam, başqa bir iş tapıb, onunla məşğul olacam. Hakimlik son sənət deyil. Amma yenə də sübut edəcəm ki, yaxşıyam.

Son yazılar

To Top