Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu Türkiyə PTT I liqasının təmsilçisi “Karşıyaka” XXI tur çərçivəsində “Şanlıurfaspor”un qonağı olub.
Korner.az-ın məlumatına görə, qarşılaşma 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Mahir bu oyunda iştirak etməyib. Milli komandamızın müdafiəçisi sarı vərəqə limiti dolduğuna görə, komandasına kömək edə bilməyib.
