“Barselona”nın mövsümün əvvəlində “Atletiko” Madriddən transfer etdiyi Arda Turan ilk matçını keçirməyə hazırlaşır.
Korner.az-ın məlumatına görə, transfer qadağasına görə 6 ay “Barselona”ya kömək etməyən Arda Turan ilk matçını yanvarın altısı keçirəcək.
Türkiyəli ulduz futbolçu İspaniya kuboku uğrunda keçiriləcək matçda “Espanyol”a qarşı oynayacaq. Bundan əlavə, “Sevilya”dan transfer edilən müdafiəçi Aleiks Vidalın da bu matçda debüt edəcəyi gözlənilir.
