İngiltərə milli komandasının baş məşqçisi Roy Hodqson Dünya çempionatının mübarizə aparacaqları D qrupunu dəyərləndirib.
Korner.az-ın məlumatına görə,İngiltərə mətbuatına açıqlama verən təcrübəli mütəxəsis çətin qrupa düşdüklərinə şübhə etmədiklərini bildirib:
"Çətin qrupa düşdük. Buna heç bir şübhə eləmirəm. Bir çox insanın da mənimlə eyni fikirdə olduğunu fikirləşirəm. İtaliya çox çətin vəziyyətdən keçib dünya çempionatına vəsiqə qazansa da, onlara qarşı mübarizə çox çətin olacaq. Avropa çempionatında penaltilərdə onlara məğlub olmuşduq. İndi revanş ala bilərik. Bir-birimizi çox yaxşı tanıyırıq."
