Futzal

“Çətin oyun oldu” – Slovakiya millisinin baş məşqçisi

29.01.2021 , 23:16

Futzal üzrə Slovakiya yığmasının baş məşqçisi Marian Berki bu gün Bakı İdman Sarayında Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Korner.az xəbər verir ki, o, komandasının 1:4 hesablı məğlubiyyəti ilə bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Komandamız üçün çətin oyun oldu. Birinci hissədə hər şey qaydasında getdi. Lakin ikinci hissədə hakimin idarəçiliyindən narazı qaldım və nəticədə oyunun axarını dəyişə bilmədik. Daha doğrusu, bunun üçün real şanslarımız oldu, epizodlar yaratdıq, təssüf ki, onları realizə edə bilmədik. Sona yaxın isə 5 meydan oyunçusuna üstünlük verdik və bu da rəqibin hesabı artırmasına imkan yaradı”.

Son yazılar

Yuxarı