Cənubi azərbaycanlı futbolçu İngiltərə klubunda
11.09.2018 , 11:09

İran millisinin üzvü Karim Ansarifardın yeni klubunun adına aydınlıq gəlib.
28 yaşlı hücumçu karyerasını İngiltərədə davam etidərəcək. Yunanıstanın “Olimpiakos” klubundan ayrılan futbolçu “Nottingem Forest”lə razılıq əldə edib. O, millisinin düşərgəsindən ayrıldıqdan sonra yeni klubu ilə sözləşmə imzalayacaq.
Ansarifardın keçidini “Nottingem Forest”in baş məşqçisi Aitor Karanka təsdiqləyib. O, forvardla yaxın günlərdə müqavilə imzalayacaqlarını bildirib.
Qeyd edək ki, DÇ-2018-də İran millisinin heyətində çıxış edən futbolçu bir müddət öncə maraqlı açıqlaması ilə gündəmə gəlib. O, azərbaycanlı, Təbriz şəhərindən olduğu üçün fəxr etdiyini bildirib.
