İranın futbol liqasında 8-ci trun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, bu turda Qum şəhərinin «Yadiqare imam» adına stadionda yerli «Səba» klubu ilə Təbrizin «Traktor Sazi» futbol klubları qarşılaşıb.
İlk hissənin 12-ci dəqiqəsində “Traktor Sazi” Fərşad Əhmədzadə-nin vurduğu qol ilə irəliyə keçib. 24-cü dəqiqədə isə «Səba»-nın oyunçusu Fərid Behzadi – Kərimi hesabı bərabərləşdirib.
İkinci hissədə isə Təbriz təmsilçisi daha 2 qol vurub. Səid Dəqiqi 82 və Kərim Ənsarifərd 86-cı dəqiqələrdə qol vuraraq, komandalarının qələbəsini qətiləşdiriblər.
Qeyd edək ki, 8 turdan sonra “Traktor Sazi” 15 xalla 3-cü yerdə qərarlaşıb.
