Cənubi afrikalı futbolçu rəsmən “Sabah”da
28.06.2019 , 17:33

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” daha bir futbolçunun keçidini həll edib. Korner.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, cənubi afrikalı futbolçu Hendrik Eksteynlə 2 illik müqavilə bağlanıb.
28 yaşlı yarımmüdafiəçi karyerası ərzində yalnız yetirməsi olduğu “Kayzer Çifs” klubunun şərəfini qoruyub. Eksteyn CAR millisində 2 oyun keçirib.
Xatırladaq ki, cənubi afrikalı futbolçu “Sabah”ın yay transfer pəncərəsində heyətimizə qatdığı 6-cı futbolçudu. Bunadək Cavid Tağıyev, Ruslan Abışov, Kevin Kubemba, Məhəmməd Mirzəbəyov və Amadu Diallo ilə müqavilə bağlanmışdı.
