Cəmşid Məhərrəmov əvəzedici heyətdə fərqləndi
Əvəzedici heyətlərin ölkə birinciliyində 10-cu turun təxirə salınmış bir oyunu keçirilib.
Korner.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, "İnter" klubunu qəbul edən "Bakı" rəqibini 1:0 hesabı ilə məğlub edib.
"Zolaqlılar" bununla da keçirdiyi 12 oyunda 12-ci qələbəsini qazanıb. Paytaxt təmsilçisinin qələbə qolu Cəmşid Məhərrəmovun aktivindədir (d.41).
