Türkiyə PTT 1-ci liqasında 21-ci turun oyunları start götürüb.
Korner.az-ın məlumatına gröə, Cəmşid Məhərrəmovun çıxış etdiyi “Adanaspor” da növbəti matçına çıxıb. Komanda səfərdə millimizin sabiq hücumçusu olan Branimir Subaşiçin şərəfini qoruduğu “Manisaspor”la qarşılaşıb.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cəmşid bu qarşılaşmanı ehtiyat oyunçular sırasından izləyib. Subaşiç isə oyuna start heyətdə başlayıb və görüşün 80-ci dəqiqəsində əvəzlənib.
