Bakı”nın futbolçusu Cəmşid Məhərrəmov yeni klubu “Adanaspor”la münasibətlərini rəsmiləşdirib.
Korner.az-ın məlumatına görə, adanalılar 32 yaşlı müdafiəçimizlə 1.5 illik müqavilə imzalayıb. Məhərrəmov bundan sonra baş məşqçi Güvənc Kurtarın komandası üçün tər tökəcək.
Qeyd edək ki, Cəmşid Məhərrəmov ötən mövsüm Kurtarın rəhbərliyi ilə “Rəvan”da çıxış edib.
